EPDM (Etilen Propilen Dien Monomer) GEOMEMBRAN

  • EPDM sintetik kauçuk xüsusiyyətlərinə  malik olduğuna görə, bir çox hallarda onun strukturu asanlıqla qorunur.
  • EPDM membran örtüyü ani temperatur dəyişikliyində belə (-40 ° C-dən 120 ° C-yə qədər)  öz xüsusiyyətlərini itirmir
  • EPDM membranın  300% -dən çox uzanma qabiliyyəti var.
  • EPDM örtüyü, beton səthlərin genişlənməsindən əmələ gələn istənilən struktur hərəkətə qarşı uyğunluq göstərir.
  • EPDM membran örtüyü tərkibindəki elastomerik əlavə və polimerlər sayəsində günəşin ultrabənövşəyi şüaları ilə atmosfer mənşəli ozon qazına və günəş yaşlanmasına qarşı yüksək dayanıqlılığa malikdir.
  • EPDM membranı ilə aparılan yaşlanma testlərinin nəticələrinə əsasən məhsulun ən az 30 il tərkibinin dəyişməyəcəyi sübut edilmişdir.
  • EPDM membranın yağlara və karbohidrogen həlledicilərə müqaviməti yaxşı deyil.
  • EPDM membranı çürümür, ondan zərərli maddələr ətrafa yayılmır.
  • EPDM membranı təkrar istifadə edilə bilən ekoloji təmiz materialdır

TƏTBİQ SAHƏLƏRİ:

  • Binalarda damların su izolyasiyasında
  • Binaların təməl və yan pərdə su izolyasiyasında
  • Su anbarı və çənlərinin su izolyasiyasında
  • Antistatikliyi sayəsində elektrik stansiyalarında
  • Sənaye və məişət tullantılarının toplanma anbarlarında
  • Bitki əkilən dam və eyvan  örtüklərinin  su izolyasiya sistemlərinin inşasında