Karbon polimer liflə betonun gücləndirilməsi

Karbon polimer liflə betonun gücləndirilməsi

Karbon polimer liflə betonun gücləndirilməsi 

İstifadə olunmuş və köhnəlmiş betonun öz funksiyasını itirməməsi və ömrünün uzadılması məqsədi ilə onun gücləndirilməsinə ehtiyac yaranır. Bu gücləndirmə müxtəlif üsul və vasitələrlə aparılır. Bunların içərisində polimer lif gücləndirmə (Fiber Reinforced Polymers) xüsusi yer tutur. Polimer lif gücləndirmə zamanı karbon, aramid, kevlar, şüşə və bazalt gücləndirmə materiallardan istifadə edilir. FRP kompozit gücləndirici sistem dəmir-beton, beton, kərpic, daş, ağac və poladdan olan bütün tikinti materiallarina  asanlıqla tətbiq olunan strukturlu bir materialdır.
Polimer lif gücləndirmə materialları içərisində ən çox istifadə olunanı karbon polimer lif gücləndirilməsidir. Bu gücləndirmənin digər alternativlərinə nisbətən üstünlükləri mövcuddur.
Fayda və üstünlükləri:
• Dizayn asan və səmərəlidir. Amerika və Avropa dizayn normalarında standart hesablama metodları mövcuddur. 
• Fərqli fiziki tələblər üçün, fərqli kompozit vəsaitlərin istifadə imkanları vardır.
• Paslanmır və maqnit sahəsi əmələ gətirmir
• Tikililərdə mövcud proseslərə maneə törətmədən, istehsalatı dayandırmadan gücləndirməni tətbiq etmək mümkündür.
• Tətbiq və istifadə asanlığı vardır.
• Tətbiq zamanı mürəkkəb maşın və avadanlıqlar tələb etmir.
• İstənilən növ səthə tətbiq edilə bilər
• Baxım tələb etmir.
• Betonun elastik yük  götürmə qabiliyətini artırır
• Betonun xarici təsirdən əmələ gələn aşınmaları tamamilə dayandırır
• İstifadə olunduğu yerə möhkəmlik verir və ovulmanın qarşısını alır
• Betonda dinamik yükdən  əmələ gələn yorğunluğu azaldır
• Elastikdir hər formada olan səthə tətbiq oluna bilir
• Betonu dəlmədən epoksid yapışdırıcı ilə yapışdırılır
• Polad lövhəyə nisbətən yüngüldür, lakin çəkmə dayanıqlığı ondan  5-10 qat daha çoxdur
• Korroziyaya uğramır
• Kimyəvi maddələrə qarşı dayanıqlıdır
 
Test laboratoriya nəticələri:
 
Bu test nəticəsində gücləndirmə materialı olan karbon polimer lif, beton nümunələr üzərində dayanıqlılıq göstəricisi laboratoriya şəraitində müqayisə edilərək test edilmişdir. Test etmək məqsədilə standartlara uyğun slindrik qəliblərdən istifadə edərək beton nümünələr hazırlanmışdır.
Bu beton nümunələr 3 yerə ayrılaraq 1-ci nümunələr karbon sarğısız (BCS0), 2-ci nümunə 1 qat karbon sarğı (BCS1), 3-cü nümunə isə 2 qat sarğı ilə (BCS2) sarılmışdır. Hər birinə eyni ağırlıqda güc tətbiq etməklə aşağıdakı nəticələr əldə edilmişdir.
• BCS0- 37,7 MPa
• BCS1-44,6 MPa
• BCS2-56,7 MP