Temperatur şov profilləri

Temperatur şov profilləri

 Temperatur şov profilləri

Müxtəlif səbəblərdən temperaturun dəyişməsi betonda əmələ gələcək genişləmə və daralma zamanı yaranan çatlama riskini aradan qaldırmaq məqsədi ilə beton tikililər beton bloklara ayrılır. Temperatur şov profilləri bu blokların birləşmə boşluqlarından istifadə etməklə bağlanılır. Bu boşluqların yanğın əmələ gəldiyi zaman tikintinin həm çox zərər görməsinin, həm də yanğının daha geniş əraziyə yayılmasının qarşısını alır.
 Temperatur şov profillərin seçilməsi zamanı edilən səhvlər vaxt və iqtisadi cəhətdən bi sıra problemlər əmələ gətirir. Bu problemlərin olmaması üçün aşağıda verilən suallara düzdün cavab tapmaq lazımdı.
• Boşluğun eni nə qədərdir?
• Hansı növ profil istifadə olunacaq?-döşəmə səth altı və ya səth üstü.
• Döşəmədə  istifadə olunacaq səth örtüyünün növü və hündürlüyü nə qədər olacaq?
• Üfiqi hərəkət qabiliyəti nə qədər olacaq?
• Su və yanğın izolyasiyası olunacaqmı?
• Hansı növ divar və döşəmə səth istifadə olunub?
• İstifadə olunacaq temperatur şov profillərinin üzərindən ağır yük keçəcəkmi?
• Seysmik həll tələb edən genişləmə boşluğu mövcuddurmu?
• Kimyəvi təsirə məruz qalacaqmı?
 
Temperatur şov profilləri istifadə yerlərinə görə müxtəlif ölçü və çeşidlərə ayrılır:
• Döşəmə səth altı
• Döşəmə səth üstü
• Divar-Tavan səth altı
• Divar-Tavan səth üstü
• Qapaq temperatur şov profilləri
• Xüsusi temperatur profilləri
• Montalama və asma tavan sistemlərində temperatur şov profilləri