Süni göllərin izolyasiyası

Süni göllərin izolyasiyası

Süni göllərin izolyasiyası

Suni göl izolyasiyası nədir?

Əgər süni göl tikməyi planlaşdırırsınızsa, gölməçənin təməlini və kənarlarını izolyasiya etmək məsləhətdir. Belə ki, süni göl izolyasiyası olunan su hövzələri qış aylarında qızdırcılardan istifadəni minimuma endirir. Suni göl izolyasiyası olduqdan sonra suda temperatur uzun müddət sabit qala bilir.

Təbii su anbarları heç bir müdaxilə olmadan öz formasını mükəmməl şəkildə saxlayır, lakin süni şəkildə düzəldilmiş, sənayedə və kənd təsərrüfatında istifadə olunan süni göllər isə öz formasını müəyyən vaxtdan sonra itirir və deformasiya olur. Bundan əlavə göl yatağı təbii olmadığına görə su itkisinə səbəb olur, ona görə süni su anbarlarının  izolyasiya olunması ən önəmli tikinti mərhələlərindən biridir. Son zamanlar tikintisi artmış bu tipli süni göllər əsasən PVC, HDPE, EPDM və s. kimi materiallardan istifadə edilərək izolyasiya olunur. 

Süni su göllərin izolyasiya olunması nə üçün vacibdir?

  • Suyu torpaqdan  gələn minerallardan, bakteriyalardan və həşəratlardan qorumaq üçün
  • Suyun azalmasını yavaşlatmaq və ya dayandırmaq üçün
  • Su anbarının gözəl və aydın konturlarının formalaşması üçün
  • Süni gölün ömrünün uzadılması üçün.
  • Suda yaşayan canlılar iqlim dəyişikliyinə məruz qalmır.