ECB (Etilen Kopolimer Bitum) GEOMEMBRAN

  • Ənənəvi bitum örtük sistemlərindən fərqli olaraq, bir təbəqə şəklində istifadə olunur
  • Yüksək dartılma qabiliyyətinə malikdir
  • Günəşin ultrabənövşəyi şüalarına qarşı davamlı istehsal edilir
  • Bitki və ağac köklərinə qarşı dayanıqlıdır
  • Əməliyyat risklərini azaldır, çünki avtomatik qaynaq maşınları ilə tətbiq olunur
  • ECB Turşu, Əsas, Ozon, Əhəng suyu, Bitum, Dəniz Suyu, Karbamid kimi bir çox kimyəvi maddələrə qarşı davamlıdır
  • Qığılcım və yanma təhlükəsinə qarşı  dayanıqlıdır
  • Bütün hava şəraitlərində tətbiq edilə bilir
  • Köhnə ECB membranı yeni ECB membranı ilə müəyyən vaxt keçdikdən sonra belə qaynaq oluna bilər
  • Polistirol, Poliuretan və Bitumla uyğunluq göstərir, köhnə bitumlu membranın üzərinə birbaşa tətbiq oluna bilər
  • Uzunömürlüdür, istifadə müddəti başa çatana qədər xüsusiyyətini itirmir
  • ECB Geomembran məhsulları üçün təxmin edilən iqtisadi ömür minimum 50 il sayılır
  • Ekoloji cəhətdən təmizdir

TƏTBİQ SAHƏLƏRİ:

  • Bütün binalarda damların izolyasiyasında
  • Magistral yolların yeraltı keçidlərində
  • Metro tunellərində
  • Sənaye və məişət tullantılarının toplanma anbarlarında
  • Neftlə və neftli birləşmələrin toplanma  sahələrində
  • Bina özüllərinin izolyasiyasında
  • Bitki əkilən dam və eyvan  örtüklərinin  su izolyasiya sistemlərinin inşasında
  • Körpülərdə və keçidlərdə
  • Süni su anbar və kanallarında və s.