XPS nədir və harada istifadə olunur?

XPS nədir və harada istifadə olunur?
  • Jan 27, 2024

XPS nədir və harada istifadə olunur?

XPS materialı, polistiroldan istehsal olunur və proses zamanı material polistirolun soyulması, əridilməsi və nəhayət, formasını əldə etməklə hazırlanır. Bu proses materialın dayanıqlılığını və yüngül olmasını təmin edir. 

XPS materialı geniş tətbiqləri ilə məşhurdur və əsasən mənzil binalarının, ticarət və sənaye binalarının inşasında, döşəmə sistemlərində, tavan izolyasiyasında və quru şantlarda istifadə olunur. Bu materialın əsas tətbiq məqsədlərindən biri, enerji xərclərini azaltmaq və binaları daha energetik effektiv etməkdir.

Ən yaxşı izolyasiya materialları arasında XPS ikinci yeri tutur. Çünki onun istilik ötürücülük əmsalı (λ dəyəri)  0.03 dərəcəsindədir. Bu da onun ən yaxşı izolyasiya məhsullarından biri olduğunun əsas göstəricisidir ( məsələn, daş yununda bu göstərici 0,035-dir).

İzolyasiya işləri zamanı XPS-in istifadə edilməsinin digər səbəblərindən biri də, onun su dayanıqlılığıdır. XPS, ümumiyyətlə, su keçirmir. Bu da öz növbəsində, nəmlənmə və quruma ilə bağlı problemləri azaldır.

XPS-in ən bilinən müsbət xüsusiyyətlərindən biri də, onun uzunömürlülüyüdür. Su keçirmədiyi və yanğına da davamlı olduğu üçün, 50 ilə qədər sağlam şəkildə qala bilir. Bu xüsusiyyəti onu iqtisadi cəhətdən səmərəli edir.

Rahat tətbiqi və yüngüllüyü ilə digər izolyasiya məhsullarından seçilən XPS, şəhərdə gördüyünüz bir çox tikilinin izolyasiyasında tərəfimizdən tətbiq edilərək istifadə edilmişdir. 

 

XPS məhsulunun satışı və ya tətbiqi ilə maraqlanırsınızsa, elə indi bizə yaza bilərsiniz.

[email protected]

+994502760073